DSK-larda namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu fəaliyyət göstərir
DSK-ların hər birində namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu var.
Bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Rövzət Qasımov bildirib ki, seçki prosesi zamanı tərəflərin öz hüquq və vəzifələri barədə məlumatlı olması üçün maarifləndirmə tədbirləri keçirilir:
“Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsinə başlanacaq. Hər zaman MSK seçki iştirakçılarının maarifləndirilməsi üçün vəsaitlər hazırlayır.
Namizədlər üçün də biz yaddaş kitabçası hazırlamışıq. Azərbaycan Respublikası vətəndaşlarının passiv seçki hüququnun təmin edilməsi üçün geniş imkanlara malik olacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-07-2024, 10:21