mobil versiya

Əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub



2024-cü il iyunun 1-i vəziyyətinə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 23.1 min nəfər çoxdur. 
Bunu iqtisadçı Vüqar Bayramov deyib. Bildirib ki, muzdla çalışanların 893,1 min nəfəri dövlət sektorunda, 856,3 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda çalışanların sayı 5.5 min nəfər azalıb və özəl sektorda əmək müqaviləsi çalışanların sayı isə 28.6 min nəfər artıb. Dövlət sektorunda çalışanların sayının azalmasının, əksinə özəl sektorda muzdlu işçi sayının artmasının səbəbləri nədir?
Özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayının artması əsasən 3 faktor ilə bağlıdır. Birincisi, ötən müddətdə qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi ilə bağlı islahatlar davam etdirilib. Bu da əmək müqaviləsi ilə çalışmayan bir sıra vətəndaşlarımızın rəsmi muzdla işləməsinə imkan yaradıb. İkincisi, bir sıra qanunvericilik aktlarına, xüsusən də “Vergİ Məcəlləsinə” edilən dəyişikliklər özəl sektorda daha çox iş yerlərinin yaradılmasına səbəb olub. Xüsusən də, mikro və kiçik sahibkarlıqda iş yerlərinin sayının artması müşahidə olunub. Üçüncüsü, iqitisadiyyatın bəzi sahələrində, xüsusən də xdimət sferasında yeni iş yerlərinin sayında artım qeydə alınıb ki, bu da ümumi muzdla çalışan işçilərin sayına birbaşa təsir göstərib.
Dövlət sektorunda muzdla çalışanların sayının azalması struktur islahatları və bəzi sahələrdə əməyin yenindən qiymətləndirilməsi nəticəsində əmək müqavilələrinin sayındakı dəyişikliklər ilə bağlıdır. Belə ki, bu sahələrdə əmək haqqı fondu artasa işçi sayında azalma müşahidə edilib. Məsələn, ötən ilin ilk 5 ayının yekunlarında dövlət mülkiyyətinin ağırlıq təşkil etdiyi  təhsli sektorunda 331 min 449 nəfər çalışırdısa bu rəqəm bu ilin iyunun 1-ə 330 min 636-dək azalıb.  Və ya dövlət idarəetməsi və müdafiə sferasında muzdla çalışanların sayı ötən müddətdə 112 min 209 işçidən 111 min 961 işçiyə düşüb.
Bütövlükdə, həm əmək müqaviləsi ilə çalışan işçilərin sayının artırılması, həm də ümumi muzdlu məşğulluqda özəl sektorun payının daha da artırılması prioritet olaraq qalmaqdadır.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-07-2024, 14:27