mobil versiya

Yeni əsir mübadiləsi gözlənilir - BƏƏ Rusiya ilə Ukraynanı razı salıb



Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini planlaşdırır. Mübadilə baş verərsə, 90 ukraynalı vətənə qayıdacaq.

Bu barədə “Bloomberg” agentliyi adı açıqlanmayan mənbəyə istinadla xəbər yayıb.

Qeyd olunur ki, tərəflər 180 hərbi əsir dəyişdirməyi planlaşdırır. Razılaşma Birləşmiş Ərəb Əmirliklərinin köməyi ilə iyulun 17-si həyata keçirilməlidir.

Agentliyin məlumatına görə, hər tərəf 90 nəfəri azad etməyi planlaşdırır. Razılaşma baş tutsa, bu mübadilə BƏƏ-nin vasitəçiliyi ilə dəyişdirilən məhbusların ümumi sayını təxminən 1400-ə çatdıracaq. (“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 17-07-2024, 12:05