“Rusiya və Ukrayna Türkiyənin vasitəçiliyi ilə 200 əsiri dəyişdirib”
“Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 200 hərbi əsir dəyişdirilib”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviter səhifəsində yazıb.
“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-red) gərgin diplomatik işi nəticəsində baş verən bu mübadilə ölkəmizin həyata keçirdiyi sülh diplomatiyasının ən mühüm nəticələrindən biridir.
Türkiyə həmişə sülhün tərəfdarıdır”, - Ərdoğanın sözçüsü əlavə edib
SİYASƏT / DÜNYA
Tarix: 22-09-2022, 11:05