mobil versiya

Türkiyə Rusiya və Ukrayna arasında böhranın həllində iştirak etmək istəyir



“Türkiyə Rusiya və Ukrayna arasında böhranın həllində iştirak etmək, Moskva və Kiyevlə bu mövzunu müzakirəyə davam etmək niyyətindədir”.

“Haber Global” məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə türkiyəli jurnalistlərə müsahibəsində deyib:

“Biz regionda sülhün bərqərar olmasının tərəfdarıyıq, xüsusən də söhbət Krım türklərindən gedirsə. Biz dost Rusiya və xüsusilə də Rusiya Prezidenti Vladimir Putinlə bu məsələləri dəfələrlə müzakirə etmişik. Biz istəyirik ki, bu bölgə müharibənin hökm sürdüyü ərazi olmasın. Qoy gələcəkdə bu ərazidə sülh hökm sürsün. Biz bu məsələ ilə bağlı münasibətlərin müsbət yöndə inkişafını istəyirik”.

Ərdoğan həmçinin Türkiyənin Moskva və Kiyev arasında bu məsələdə vasitəçilik etmək istəyindən də söz açıb:

“Həm Ukrayna ilə, həm də Putinlə bu danışıqları inkişaf etdirməklə problemin həllində payımızın olmasını istərdik”.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 29-11-2021, 12:12