mobil versiya

AZAL Füzuliyə müntəzəm reyslərə başlayır



Bu gündən "Azərbaycan Hava Yolları" QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır.
AZAL bu barədə xəbər yayıb. Uçuşlar çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən həyata keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən biletlərin qiyməti bir tərəfə 78 manat təyin edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.
Füzuliyə aviabilet alışı ilə bağlı hazırladığımız video-təlimatı bu keçiddən izləyin: https://youtu.be/MLOI92ToYpo
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-07-2024, 17:34