mobil versiya

Millimizin dünya reytinqindəki mövqeyi açıqlanıb



Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.
Azərbaycan millisi dünyada 14-cüdür. Yığmamızın hesabında 257,864 xal var.
Komandamız ötən cədvəllə müqayisədə 36,698 xal itirib. Bu, yığmanın 2 pillə geriləməsinə səbəb olub. Cədvələ Kanada başçılıq edir – 672,776. Niderland (481,532) ikinci, Fransa (457,804) üçüncüdür.
Qeyd edək ki, kişilərdən ibarət komandaların cədvəlinə ABŞ təmsilçisi “Mayami” başçılıq edir – 2826,248.

KARUSEL / İDMAN
Tarix: 22-07-2024, 09:45