mobil versiya

Azərbaycanlı alpinist dünyanın 13-cü zirvəsinə qalxıb



Azərbaycanlı alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum II zirvəsini (8035 metr) uğurla fəth edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, idmançı dağa qalxan zaman süni oksigen balonundan istifadə etməyib.
Karakorum dağ massivində yerləşən bu zirvə dünyanın 13-cü hündür zirvəsidir. Bu fəth İ.Aşurlının səkkizinci səkkizminlik zirvəsi olub.
O, daha əvvəl, iyulun 10-da Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilən Nanqa Parbata da süni oksigendən istifadə etmədən qalxmışdı.

KARUSEL / İDMAN
Tarix: 31-07-2024, 11:08