Mərakeşə dəstək verən ölkələrin sayı artır
Mərakeş Krallığının Qərbi Sahara üzərində suverenliyinə dəstək göstərən ölkələrin sırası genişlənir.
Mərakeş mediası xəbər verir ki, Fransa Qərbi Sahara üzərində Mərakeşin suverenliyini dəstəklədiyini açıqlayıb. Fransa prezidenti Emmanuel Makron Taxt-tac günü münasibətilə Kral VI Məhəmmədə göndərdiyi məktubda Mərakeşin Qərbi Sahara üzərində suverenliyinə açıq dəstək verdiyini bildirib.
Qeyd olunur ki, dəstək BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və danışıqlar yolu ilə siyasi həllə nail olmaq üçün yeganə əsasdır: "Qərbi Saharaya dəstək uzun müddətdir davam edən mübahisəni həll etmək üçün Kral VI Məhəmmədin rəhbərlik etdiyi daha geniş beynəlxalq səylərin bir hissəsidir. Kralın strateji baxışı ABŞ, çoxsaylı ərəb və Afrika ölkələri, Karib hövzəsi və Avropa da daxil olmaqla müxtəlif qlobal arenalarda uğurlu olduğunu sübut etdi".
Xatırladaq ki, hazırda Qərbi Saharada ölkələrin 28 konsuluğu fəaliyyət göstərir.
KARUSEL / DÜNYA
Tarix: 31-07-2024, 12:37