mobil versiya

“Instagram”a giriş Türkiyədə bloklanıb



Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin qərarı ilə “Instagram”a giriş bloklanıb.
Bu gün səhər saatlarından etibarən Türkiyədə “Instagram”a girmək mümkün olmayıb.
İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTK) saytında yayılan məlumata görə, ölkə ərazisində “Instagram”a giriş bloklanıb.
Qadağanın nə vaxta qədər davam edəcəyi və səbəbi barədə isə məlumat verilmir.


KARUSEL / DÜNYA
Tarix: 2-08-2024, 09:00