mobil versiya

MİQ üzrə vakansiya seçimi mərhələsində hər il 3 minə qədər yer seçilmir



“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində hər il 3 minə qədər yer seçilmir”.
Bu barədə danışan İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev deyib ki, hər il seçim üçün 10 min vakansiya təqdim olunur:
“İl boyunca 17- 18 minə qədər vakansiya da təqdim olunur. 3 minə qədər vakansiyanın seçilməməsinin səbəbi isə adətən məktəblərin mərkəzlərə uzaq yerlərdə yerləşməsi ilə əlqələndirilir. Lakin bu məktəblərdə də ixtisas üzrə müəllimlərin təmin edilməsi üçün biz o, vakansiyaları təkrarən seçimə təqdim etməliyik”.
“Vakansiyaların gizlədilməsi halı ilə bağlı konkret olaraq deyə bilmərik ki, bu kimi faktlar var. Biz bununla bağlı bütün müraciətləri nəzərə alır və araşdırırıq. Vətəndaşlardan da xahiş edirik ki, hansısa məktəbdə vakansiyanın gizlədilməsi halı varsa, bununla bağlı bizə məlumat versinlər”- deyə, o əlavə edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-08-2024, 15:54