mobil versiya

İranın yeni XİN başçısı və müdafiə naziri onlar ola bilər



İranın yeni prezidenti Məsud Pezeşkian xarici işlər naziri və müdafiə naziri vəzifələrinə müvafiq olaraq Abbas Əraqçi və Əziz Nəsirzadənin namizədliyini irəli sürüb.
Bu barədə Pezeşkianın mətbuat xidməti məlumat yayıb.
2017-2021-ci illərdə Əraqçi islahatçı prezident Həsən Ruhaninin ikinci hökumətində xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, uzun müddət nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edib, Rusiya XİN-in rəsmiləri ilə görüşmək üçün dəfələrlə Moskvaya gəlib. İran-İraq müharibəsi zamanı (1980-1988) SEPAH-da xidmət edib. Hazırda o, İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının katibidir.
General-mayor Nəsirzadə hazırda İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsini tutur və Moskvaya işgüzar səfərə gəlib.



KARUSEL / DÜNYA
Tarix: 12-08-2024, 11:15