mobil versiya

Bakı və Abşeronun müntəzəm marşrut xətləri üzrə avtobusla sərnişindaşımada 6.5% artım olub



Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla sərnişindaşımada 6.5% artım olub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər yayıb.
Bu ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 235,058 milyon sərnişin daşınıb.






KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-08-2024, 13:34