mobil versiya

Əfqanıstanda modellərin üzləri əxlaq polisinin əmri ilə örtülüb - Şəkillər



Əfqanıstanın paytaxtında vitrinlərdə ziyafət donları və gəlinlik kostyumları nümayiş etdirilən manikenlərin üz və başları plastik folqa və ya qara parçayla örtülüb.
Yerli media xəbər verir ki, əxlaq polisi mağazalardan manikenlərin üzlərini və modellərin fotoşəkillərini gizlətməyi satıcılardan xahiş edib.
“Taliban” 2021-ci ilin avqustunda yenidən hakimiyyətə gəldikdən sonra insan üzlərinin təsvirini qadağan edən sərt şəriət qanunlarını tətbiq edir.
Qayda Fəzilətin Təbliği və Pisliklərin Qarşısının Alınması Nazirliyinin qrupları tərəfindən tətbiq edilir. Onlar həftədə bir neçə dəfə Kabilin mağazalarını ziyarət edir.(AzPolitika.info)




KARUSEL / DÜNYA
Tarix: 14-08-2024, 10:19