mobil versiya

Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə 2 mlrd. manatdan çox vəsait xərclənib



2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparalına hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.
Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.(apa)






Azad edilmiş rayonlar2023-cü ilin I yarısı Min manat2024-cü ilin I yarısı Min manat

Kəlbəcər344 611,7438 462,2

Ağdam134 678,8308 519,5

Laçın328 972,3242 400,4

Şuşa154 999,2240 303,7

Füzuli314 737,7226 459,3

Zəngilan155 769,7202 507,7

Qubadlı67 651,6173 711,6

Cəbrayıl138 505,2165 735,3

Xocavənd34 603,726 590,8

Xocalı38,124 737,9

Xankəndi
6 930

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-08-2024, 14:00