mobil versiya

Dünya metropolitenlərinin Bakıda konfransı keçiriləcək



2025-ci ilin aprel ayında dünya metropolitenlərinin Bakıda keçirilməsi nəzərdə tutulmuş ilk beynəlxalq konfransının təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb. Sənədi “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özgür Soy imzalayıblar.
İmzalama mərasimindən sonra “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bildirib ki, son illərdə Azərbaycan və Türkiyə qardaşlıq münasibətləri keyfiyyətcə yeni müstəviyə çıxıb. Bakı metropoliteni ilə İstanbul metrosu arasında 2015-ci ildən qarşılıqlı əlaqələr intensiv şəkildə davam etdirilir. İnsan resursları, yeni texnologiyalar, texniki xidmət, qulluq və təmir sahələrində təcrübə mübadiləsi əsas istiqamətlər olub. Əldə olunmuş nailiyyətlər bundan sonra dünyanın digər metropolitenlərinin cəlb edilməsi ilə yeni müstəviyə keçirilə bilər. O bildirib ki, bu konfransın gələcəkdə bütün metropolitenlər üçün ən uğurlu platformaya çevrilməsi üçün birgə planlar üzərində işlər aparılacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-08-2024, 11:47