Ağdaşda restoranda aparılan yoxlama zamanı saxta məhsullar aşkarlanıb

AQTA-dan bildirib ki, yoxlama zamanı ictimai-iaşə müəssisəsinin anbar sahəsində çoxlu sayda spirtli içki məhsulları aşkar edilib və həmin məhsulların orijinallığı ilə bağlı ciddi şübhələr yaranıb. Belə ki, bəzi məhsulların qablaşdırılması və etiketlənməsində orijinal qablaşdırılmış içkilərdən fərqli olması müəyyənləşib.

Araşdırma zamanı aksiz markası olmayan və saxtalaşdırılma halları aşkar edilən müxtəlif əmtəə nişanlı spirtli içki məhsulları, habelə saxtalaşma halları vizual olaraq aşkar olunmayan, lakin məhsulun sağlamlığını təsdiq edən sənəd və qaimə fakturaları təqdim edilməyən məhsullar da müəyyən olunub.
“Ağdaş Palace” restoranın vəzifəli şəxsi barəsində aşkar olunmuş nöqsanlara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib. Həmçinin restoranın vəzifəli şəxsi gələcək fəaliyyətində bu kimi halların bir daha təkrarlanmaması üçün yenidən məlumatlandırılmaqla, icrası məcburi olan göstərişlər verilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-08-2024, 17:42