mobil versiya

“Səbail” “Kəpəz”lə oynayacaq



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.
İlk oyun günündə bir qarşılaşma keçiriləcək.
Turun açılış matçında “Səbail” doğma meydanda “Kəpəz”i qəbul edəcək.
“ASCO Arena”da oynanılacaq görüş saat 19:00-da başlayacaq. Matçı Rauf Allahverdiyev idarə edəcək.
Qeyd edək ki, IV tura avqustun 25-də “Zirə” – “Şamaxı” görüşü ilə yekun vurulacaq.

KARUSEL / İDMAN
Tarix: 23-08-2024, 10:53