mobil versiya

Azad olunmuş ərazilərdən çoxlu sayda silah-sursat tapılıb



İşğaldan azad bölgələr qarış-qarış, məhlə-məhlə və ehtimal olunan bütün istiqamətlər üzrə insan həyatı üçün təhlükəli olan müharibə qalıqlarından təmizlənir.
DİN mətbuat xidməti bu barədə məlumat paylaşıb.
Həmin bölgələrdə xidmət aparan DİN əməkdaşları tərəfindən son bir həftədə —  Xankəndi şəhərindən 26 avtomat silahı, 4 tapança, 7 tüfəng, 44 qumbara, 19 alışdırıcı, 2 nişangah, 2 görmə cihazı 2 mərmi, 1 trotil, 3 süngü-bıçaq, 65 patron darağı, 2275 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərindən 1 tapança, 1 mərmi, 3 qumbara, 2 alışdırıcı, 4 patron darağı, 125 ədəd müxtəlif çaplı patron, Xocalı rayonundan 2 avtomat silahı, 4 patron darağı və 174 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
KARUSEL / ÖLKƏ
Tarix: 27-08-2024, 11:06