Qusarçay üzərindəki körpüdə aparılan bərpa işləri yekunlaşıb
Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Qusarçay üzərində yerləşən avtomobil körpüsünün bərpası işləri yekunlaşıb.
AAYDA xəbər verir ki, aparılan işlər çərçivəsində M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib.
Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işləri aparılıb və sonda qurğu yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilib.
Körpünün bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında, “İnşaat Norma və Qaydaları”na uyğun olaraq həyata keçirilib.
Xatırladaq ki, avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınmışdı.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-08-2024, 12:04