mobil versiya

Seçkiləri müşahidə etmək üçün 69 ölkədən 604 nəfər akkreditə olunub



Növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 50 beynəlxalq qurumdan və 69 ölkədən 604 nəfər akkreditə olunub.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın avqustun 27-də keçirilən iclasında söyləyib.
O bildirib ki, seçkiləri müşahidə etmək üçün 25 siyasi partiyanın 65 minə yaxın müşahidəçisi qeydə alınıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) 227 nəfər artıq bizdə meşahidəçi kimi qeydiyyatdan keçib. ATƏT PA-dan 61 nəfət müşahidəçisi, TÜRK PA-dan isə 16 nəfər akkreditasiyadan keçib.
Azərbaycan Respublikasının bütün seçki dairələrində parlament seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilərin müraciət müddəti 22 avqustda başa çatıb.


KARUSEL / SİYASƏT
Tarix: 27-08-2024, 17:01