mobil versiya

İlk dəfə səs verən seçicilərdən 372-ü sentyabrın 1-də doğum gününü qeyd edəcək




Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə ilk dəfə səs verən seçicilər üçün xüsusi seçici kartları hazırlanıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, ilk dəfə səs verən seçicilərdən 372-ü sentyabrın 1-də doğum gününü qeyd edəcək:
"Onlara da xüsusi doğum günü kartları veriləcək".
MSK sədri isə qeyd edib ki, həmin kartlara MSK-nin xüsusi möhürü vurula bilər:
"Bu, doğum günü kartlarının MSK-dan verildiyini xüsusiləşdirə bilər. Gərək bunu prezident seçkilərində də edərdik".


KARUSEL / CƏMİYYƏT
Tarix: 29-08-2024, 16:24