mobil versiya

Seçicilərin sayı açıqlanıb



Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədrinin sözlərinə görə, azad olunmuş ərazilərdə 42 mindən çox seçici Milli Məclisə seçkilərdə səs verəcək, orada 54 seçi məntəqəsi fəaliyyət göstərəcək. Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-08-2024, 16:40