mobil versiya

Əfqanıstan nümayəndə heyəti Aşqabadda bir sıra görüşlər keçirib



Əfqanıstanın mədən və neft naziri vəzifəsini icra edən H.Badrinin rəhbərlik etdiyi nümayəndə heyəti Aşqabadda bir sıra ikitərəfli görüşlər keçirib.

Туркменистан сегодня xəbər verir ki, qonaqlar bütün sahələrdə harmonik inkişaf yoluna qədəm qoymuş Türkmənistanla əməkdaşlığın inkişaf etdirilməsində böyük maraq göstərib.

Ətraflı müzakirə mövzusu müxtəlif sahələrdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi olub. Tərəflər genişmiqyaslı birgə layihələrin həyata keçirilməsi planlarını da müzakirə ediblər.

Əfqanıstan nümayəndə heyəti beynəlxalq əməkdaşlığa sadiq olan Türkmənistanda həyata keçirilən layihələrdə iştiraka böyük maraq göstərib.

Qonşu ölkənin nümayəndə heyətinin səfəri davam edir.

KARUSEL / DÜNYA
Tarix: 30-08-2024, 08:50