mobil versiya

65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb



İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxslər saxlanılıb.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.

KARUSEL / HADİSƏ
Tarix: 30-08-2024, 09:29