Paytaxtın bu rayonlarında qazın təchizatında fasilələr yaranacaq
Bu gün Bakının Səbail rayonunun Nizami küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonunun Nizami, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, 28 May küçələrinin və Azadlıq prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu gün həmçinin, Abşeron rayonunun qaz təchizatında fasilə yaranacaq.
"Masazır" qazpaylayıcı stansiyasında (QPS) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə avqustun 30-da saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan Qaçqın şəhərciyinin, Abşeron Gənclər şəhərciyinin, “Viktoriya-313” və “Saray-H” MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-08-2024, 10:48