Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu işə başlayıb
Rusiyanın Uzaq Şərqində, Vladivostok şəhərində "Uzaq Şərq 2030. Yeni potensial yaratmaq üçün güclü tərəflərin birləşdirilməsi" mövzusunda IX Şərq İqtisadi Forumu işə başlayıb.
Dörd gün davam edəcək forumda 4200 nəfərin iştirakı ilə beynəlxalq əməkdaşlıq, texnoloji suverenlik və nəqliyyat logistikası da daxil olmaqla, yeddi istiqamət üzrə 70-dən çox tədbir keçirilir.
Rusiya prezidenti Vladimir Putin forumun plenar iclasında çıxış edəcək, o, qlobal iqtisadiyyatda baş verən aktual hadisələrə, zənginliyi, insani, elmi və maddi-texniki imkanları ilə Rusiyanın Uzaq Şərqinin inkişafına toxunacaq.
Forum Rusiyanın Uzaq Şərqinə investisiyaların cəlb edilməsi üçün platformadır, burada iştirakçılar Rusiyada və dünyada iqtisadiyyatın üzləşdiyi problemləri müzakirə edirlər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-09-2024, 11:26