mobil versiya

AÇG-dən əldə olunan gəlir açıqlanıb



Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yanvar-avqust ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 9,6 faiz azalıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu məlumat yayıb. AÇG yatağından bu ilin əvvəlindən sentyabrın 1-i tarixinə 4 milyard 271,6 milyon dollar gəlir əldə olunub.
Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 728 milyon dollar gəlir əldə edilmişdi.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-09-2024, 12:25