"Şahdəniz”dən əldə edilən gəlirlər açıqlanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən mayın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 202,715 milyon dollar gəlir əldə edib.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu məlumat yayıb.
“Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 3,2 dəfə azalaraq 60,784 milyon dollar təşkil edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-05-2024, 10:51