mobil versiya

DİM-in keçirdiyi imtahanlarda keçən ay 7392 nəfər iştirak edib



Dövlət İmtahan Mərkəzi (DİM) avqust ayında göstərdiyi xidmətlərin statistikasını açıqlayıb.

DİM-dən bildirilib ki, avqust ayında keçirilmiş imtahanlarda 7392 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 641 min 975 olub. Avqust ayı ərzində 2775 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 309 nəfər iştirak edib. Çağrı mərkəzi vasitəsilə 18 min 394, elektron poçt vasitəsilə 2500-dən çox, sosial şəbəkələr vasitəsilə 3200-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 8214 olub. Abituriyent məsləhət mərkəzlərinə 5623 müraciət daxil olub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 4-09-2024, 11:32