ADY: "Avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır"
Azərbaycan Dəmir Yollarının (ADY) Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır.
Bu barədə ADY xəbər yayıb.
Bildirilib ki, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.
"Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb", - deyə qurumdan məlumat verilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 4-09-2024, 12:52