Slovakiya – Azərbaycan oyunu bu hakimə tapşırılıb
Azərbaycan yığmasının UEFA Milətlər Liqasının II turunda Slovakiya ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Damian Silvestrjaka olacaq. Ona Pavel Sokolniçki və Adam Karaseviç kömək edəcəklər.
Qarşılaşmada dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.
Qeyd edək ki, görüş sentyabrın 8-də Slovakiyanın Koşitse şəhərində baş tutacaq.
KARUSEL / İDMAN
Tarix: 5-09-2024, 12:42