mobil versiya

Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq



Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun bir hissəsi 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün qismən məhdudlaşdırılacaq.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün qismən məhdudlaşdırılacaq.
Sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməki xahiş olunur. 
KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-09-2024, 12:28