Rəsmi Aşqabad Malayziya ilə bir sıra əlaqələrin inkişafına maraq göstərir
Türkmənistan Malayziya ilə ticarət-iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Yerli media xəbər verir ki, bu, Tükrmənistan xarici işlər naziri Rəşid Meredovla Malayziyanın xarici işlər naziri Dato Seri Utama Hacı Mohamad Bin Hacı Həsənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub.
Görüşdə həmçinin, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığı müzakirə olunub.
Görüş zamanı tərəflər qarşılıqlı hörmət və maraqların nəzərə alınması prinsiplərinə əsaslanan çoxillik tərəfdaşlığın daha da fəallaşdırılması məsələlərini müzakirə edib. Tərəflər siyasi və diplomatik əməkdaşlığı, o cümlədən beynəlxalq strukturlar, xüsusilə BMT və İƏT çərçivəsində qarşılıqlı fəaliyyəti nəzərdən keçiriblər.
Tərəflər regional və beynəlxalq gündəliyin bir sıra aspektləri üzrə mövqelərin yaxınlığını qeyd edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 10-09-2024, 12:38