mobil versiya

Quba rayonunun Adur kəndində yeni körpü istifadəyə verilib





Quba rayonunun Adur kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilmiş yeni körpü istifadəyə verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Körpünün inşasını qısa müddət ərzində agentliyin 11 №-li xüsusi təyinatlı yol istismarı MMC-si həyata keçirib.

Quba rayon mərkəzindən 50 km aralıda yerləşən Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.

Körpünün istifadəyə verilməsi tədbirində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-09-2024, 16:28