Türkmənistan və Qazaxıstan təbii qaz sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev Türkmənistan Nazirlər Şurasının müavinləri Batır Amanov və Türkmənistanın dövlət naziri - Türkmənqaz Dövlət Korporasiyasının prezidenti Maksat Babayev ilə görüşüb.
Görüş Aşqabadda Türkmənistan İnvestisiya Forumu (TIF 2024) Forumu çərçivəsində baş tutub.
Görüşdə tərəflər təbii qaz sahəsində ölkələr arasında əməkdaşlıq və birgə layihələrdə iştirak imkanlarını müzakirə edib.
Satkaliyev əmin olduğunu bildirib ki, birgə səylər nəticəsində ölkələr qarşılıqlı faydalı əməkdaşlığı strateji tərəfdaşlığın yeni səviyyəsinə çıxara biləcəklər.
Danışıqlardan sonra tərəflər “Türkmənqaz” Dövlət Korporasiyası ilə Qazaxıstan Respublikasının Energetika Nazirliyi arasında ölkələr arasında qaz sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Memorandumu imzalayıblar.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-09-2024, 12:38