mobil versiya

APL: VI tura 1 oyunla start veriləcək


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Açılış matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Kəpəz”i qəbul edəcək.
Saat 19:30-da start götürəcək görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Hazırda Naxçıvan təmsilçisi 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Xalı olmayan “Kəpəz” isə sonuncudur.
Qeyd edək ki, turun digər oyunları sentyabrın 14-15-də keçiriləcək.


KARUSEL / İDMAN
Tarix: 13-09-2024, 10:44