mobil versiya

Veloyürüş keçiriləcək



Sentyabr ayının 22-də Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş təşkil olunacaq.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 15 km məsafəni əhatə edən veloyürüş Dəniz Mall ticarət mərkəzi-Bakı Su İdman Sarayı-Dəniz Mall ticarət mərkəzi marşrutu üzrə keçiriləcək.
Qeyd edək ki, dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə sentyabr ayının 22-də “Ümumdünya avtomobilsiz günü” keçirilir.

KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:13