mobil versiya

Azərbaycanda süpürgəçi göldə boğularaq öldü




Gəncə şəhərində kommunal təsərrüfat birliyinin əməkdaşı gölə düşərək boğulub. 

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin H.Əliyev parkında qeydə alınıb.

İlkin məlumata görə, ərazidə təmizlik işçisi kimi çalışan Paşayeva Lətifə Adil qızı yaxınlıqdakı gölə düşüb və həyatını itirib.

İlkin məlumata görə, qadın ehtiyatsızlıqdan boğulub.

Ətrafdakı insanlar onu göldən çıxarsa da qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Gəncə şəhər Prokurorluğu, həmçinin polis əməkdaşları cəlb olunub.

Həyatını itirən şəxsin kimliyi dəqiqləşdirilir.


KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 25-01-2020, 15:00