mobil versiya

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib



“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.


Bu barədə ADY xəbər yayıb.
Məlumata görə, əlavə təyin edilən qatarlar oktyabrın 5-də saat 09:15-də Bakıdan Ağstafaya, oktyabrın 6-da saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-10-2024, 10:51