Məktəbin bütün şagird və müəllim heyəti təxliyə edilib
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə bütün şagird və müəllim heyəti təxliyə edilib.
Məktəbdən bildirilib ki, məktəbdə təxminən saat 14:45-də dərs prosesi vaxtı fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşüb. Bütün məktəb təxliyə edilib. Məktəbə baxış keçirilən zaman yanğın və ya digər halın olmadığı müşahidə olunub.
Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşdüyü üçün aidiyyəti qurumun əməkdaşları da məktəbə baxış keçiriblər.
KARUSEL / HADİSƏ
Tarix: 2-10-2024, 18:04