mobil versiya

İki qurum birgə əməliyyat keçirib


 
Daxili İşlər Nazirliyi (DİN) və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib.

Reportyor.az xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.

Bildirilir ki, birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Ağayev Qurban Fərhad oğluna məxsus 1 ədəd “AKS-74” markalı avtomat silah, 1 ədəd daraq və 3 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 3-10-2024, 15:27