mobil versiya

Fələstinin baş naziri Qəzzanın yenidən qurulması üçün milli komandanın yaradıldığını elan edib





Fələstinin baş naziri Məhəmməd Mustafa Qəzzanın yenidən qurulması üçün milli komandanın yaradıldığını açıqlayıb.

Reportyor.az
ərəb mediasına istinadla xəbər verir ki, Ramallahdan canlı bağlantıyla danışan Mustafa dövlətin Qəzzaya yardımlarını davam etdirəcəyini bildirib.

Baş nazir indiyədək Qəzzada 400 mindən çox insana yardım etdiklərini bildirib.

Son bir il ərzində Qəzzada 40 mindən çox insan, o cümlədən 10 mindən çox uşaq öldürülüb.

Qlobal miqyasda insanlar İsrailin Qəzza və Livandakı ölümcül hərbi hücumlarına etiraz etmək üçün küçələrə çıxıb.

Etirazçılar Qəzzadakı vəziyyəti “soyqırım” kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti İsrailə qarşı hərəkətə keçməyə çağırıblar.

Yaxın Şərq, Avropa, ABŞ, Hindistan, Pakistan və Uzaq Şərqdə etirazlar keçirilib.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 8-10-2024, 11:48