Türkmənistanın paytaxtında Abay Kunanbayulunun abidəsinin açılışı olub
Türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda tanınmış qazax şairi Abay Kunanbayulunun abidəsinin açılışında iştirak edib.
Reportyor.az yerli mediaya istinadla xəbər verir ki, Məşhur qazax şairinin Aşqabadın Astana küçəsində özünəməxsus kompozisiyasını özündə əks etdirən abidəsinin ucaldılması iki xalq arasında ortaq mədəni, mənəvi dəyərlərə və adət-ənənələrə əsaslanan mədəni-mənəvi əlaqələrin yeni səviyyəsinin növbəti ifadəsinə çevrilib.
Bu tədbirin Şərqin böyük mütəfəkkiri Maqtımqulu Fraqinin anadan olmasının 300 illik yubileyinin beynəlxalq qeyd olunduğu ildə keçirilməsi xüsusi məna kəsb edir.
Məlum olduğu kimi, bu ilin iyul ayında Türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədovun Qazaxıstan Respublikasına işgüzar səfəri zamanı Astanada Maqtimqulu Fraqinin abidəsinin açılış mərasimi keçirilib. Şair və mütəfəkkir Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyi münasibəti ilə “Maqtımqulu Fraqinin ağıl bulağı” ilində Qazaxıstan Respublikasının paytaxtında Şərqin böyük müdrikinin heykəlinin qoyulması ” sözləri iki xalqın sarsılmaz dostluğunun və qardaşlığının əyani sübutu olub.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-10-2024, 16:00