Səfir: "Macarıstan və Azərbaycan arasında münasibətlər çox güclü emosional əlaqələrə, qohumluq süuruna möhkəm əsaslanıb

Macarıstanın Milli Günü - 1956-cı il İnqilabının 68-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
"Reportyor.az" xəbər verir ki, tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ölkəsinin Milli Günündən, keçdiyi inkişaf yolundan danışıb: "Həmin gün 1956-cı ilin qəhrəmanları və şəhidləri öz azadlıqları, müstəqillikləri və suverenlikləri uğrunda möhtəşəm şücaətlə ayağa qalxdı. İnqilab nahayət, böyük sovet qüvvələri tərəfindən sıxışdırılsa da, azadlıq mübarizəsi əbəs yerə deyildi. Macar xasiyyəti qırılmamış, azadlıq, müstəqillik, suverenlik və milli dəyərlərimizə və kimliyimizə qeyd-şərtsiz sadaqət arzusu macar ruhunun əbədi simvolu olmaqla yanaş, gələcək onilliklər üçün də ilham mənbəyi olaraq qalmışdı. Nəhayət, kommunist hakimiyyətinə son qoyuldu, demokratik sistemə dinc keçid baş verdi və Macarıstan öz münasibətlərini qurmaqda sərbəst oldu".
Daha sonra Azərbaycanla əlaqələrə toxunan səfir deyib ki, son otuz ildən artıq bir müddətdə Macarıstan və Azərbaycan arasında münasibətlər çox güclü emosional əlaqələrə, qohumluq süuruna, qarşılıqlı hörmət və anlaşmaya, beynəlxalq hüquq prinsiplərinə möhkəm əsaslanıb, bunun tabii nəticəsi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək olub. İkitərəfli əməkdaşlıq çox böyük sürətlə inkişaf edib. Bu əlaqələr o cümlədən çoxtərəfli sahə, türk əməkdaşlığı böyük sürətlə inkişaf edib. İki dövlət arasında münasibətlər getdikcə daha çox nazərəçarpacaq nəticələr əldə etməklə genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
MOL Mərkəzi Avropadan Azərbaycana ən böyük sərmayədar olmaqda davam etsə də, bu il dövlətə məxsus MVM Group dünyanın an böyük tabii qaz-kondensat yataqlarından biri olan Şahdənizdə 5%-lik payın alınması ilə əlamətdar sövdələşməni bağlayıb, bununla da Macarıstanın, eləcə də Avropa Birliyinin özünün diversifikasiya səylərinə öz töhfəsini verib.

Nazir Sahil Babayev və nazir Peter Siyartonun həmsədrliyi ilə Hökumətlərarası Komissiyanın qarşıdan gələn Xl sessiyası bu əməkdaşlığı daha da dərinləşdirəcək. Bu il həm Macarıstan, həm də Azarbaycanın qarşısında mühüm vəzifələr durur. Macarıstan 2011-ci ildan bəri ikinci dəfədir ki, Avropa İttifaqı Şurasına sədrlik edir. Siyasi, iqtisadi sahədə, eləcə də ətraf mühitin mühafizəsi sahəsində qlobal təhlükəsizlik baxımından zaman dəyişib, çağırışlar çoxalıb. Sədrlik maraqlı tərəflərlə görünməmiş yüksək sayda danışıqlar aparıb və nəticədə Macarıstanın sədrliyinin əsas diqqəti Avropanın rəqabət qabiliyyətinə malikdir və genişlənmə və qonşuluq siyasətinə xüsusi diqqət yetirilir. Macarıstanın sədrliyi həm Avropa Siyasi Birliyinin Zirvə toplantısında, həm da Avropa Şurasının noyabrın 7 va 8-də Budapestdə keçiriləcək iclasında raqabətqabiliyyətlilik pakti təqdim etməklə hər iki məsələyə toxunacaq. Bunun nəticəsi olaraq və onun artan beynalxalq rolunun tanınmasının bariz göstəricisi olaraq, Azərbaycan daha geniş regionda ilk dəfə belə bir tadbirǝ ev sahibliyi edəcək və qlobal miqyasda böyük əhəmiyyət kasb edəcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Baş nazir Viktor Orban Macarıstanı təmsil edəcək və bir ildən az müddətdə Azərbaycana üçüncü dəfə səfər edəcək. COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsiredici bir iş görür. Şübhə yoxdur ki, Macarıstan və Macarıstan sədrliyi Azərbaycanın sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, Azərbaycan tədbirə uğurla ev sahibliyi edəcək.

Bu vaxtadək Azərbaycanla Macarıstan arasında 60-dan çox sənədin imzalandığını bildirən S.Babayev iki dövlətin iqtisadi əlaqələrində davamlı inkişafın olduğunu, bu ilin 8 ayında da Azərbaycan və Macarıstanın ticarət dövriyyəsinin 30 faizə yaxın artdığını diqqətə çatdırıb.
Nazir hökumətlərarası Komissiyanın fəaliyyətinin əlaqələrimizin inkişafında mühüm rolunu, bu günə qədər Komissiyanın 10 iclasının keçirildiyini, 11-ci iclasın gələn il Budapeşt şəhərində keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
O, Macarıstanın işğaldan azad edilmiş Azərbaycan ərazilərində bərpa-quruculuq işlərinin fəal iştirakçısı olduğunu, Macarıstanın “Wizz Air” şirkətinin birbaşa uçuşlarının sayının ildən-ilə artdığını, “Stipendium Hungaricum” təqaüd proqramı üzrə hazırda Macarıstanda 700-dən çox Azərbaycan gəncinin təhsil aldığını bildirib.
S.Babayev qeyd edib ki, ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına fəal hazırlaşır və Macarıstanın həmin tədbirdə aktiv iştirakını gözləyir. Nazir macar dostlarımızın bu konfransın uğurla keçirilməsinə böyük töhfə verəcəyinə və iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib və macar xalqına firavanlıq arzulayıb.
KARUSEL / SİYASƏT
Tarix: 14-10-2024, 20:09