mobil versiya

Əmək müqavilələrinin sayı artıb



Bu ilin 9 ayında ölkəmizdə əmək müqavilələrinin sayı 44 min və ya 2,4 faiz artaraq, 1 milyon 852 min 887-yə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.
Qeyd edək ki, yanvar-sentyabr ayları ərzində əməkhaqqı fondunda daha 6,6 faiz artım qeydə alınıb.

KARUSEL / SOSİAL
Tarix: 15-10-2024, 10:25