mobil versiya

Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunub






Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan küçəsindən Ziya  Bünyadov prospektinədək olan 810 metrlik hissəsi təmir edilib. 

Reportyor.az
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-10-2024, 14:32