Xankəndidə 300-ə yaxın müdavimə peşə hazırlığı keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi peşə hazırlığı kursları davam edir.
Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə, kurslarda işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavimə tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə bilik və bacarıqlar öyrədilir. Həmçinin, kurs müddətində müdavimlərə aylıq təqaüd ödənilir.
Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin edilməsi nəzərdə tutulub.
Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev kurslara cəlb olunmuş müdavimlərlə görüşüb. O bu kursların keçirilməsinin doğma yurdlarına qayıdacaq sakinlərin qısa zaman ərzində yeni peşələrə yiyələnməsinə dəstək məqsədi daşıdığını bildirib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 23-10-2024, 11:19