mobil versiya

Eşitmə məhdudiyyətli şəxslər üçün növbəti peşə kursu başlayıb



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində Azərbaycan Karlar Cəmiyyətinin üzvləri üçün “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə kursa start verilib.
Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, 14 nəfərin cəlb olunduğu hazırlıq kursu 2 ay davam edəcək. Tədris müddəti başa çatdıqdan sonra imtahanları müvəffəqiyyətlə verən şəxslərə sertifikat təqdim olunacaq və onlar “Atek Uniform” və “Kirpi Tekstil” MMC-də işlə təmin olunacaqlar.
Eşitmə məhdudiyyətli şəxslər üçün “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə növbəti peşə kurslarının da təşkili nəzərdə tutulub.

KARUSEL / SOSİAL
Tarix: 20-04-2023, 10:27