Mərkəzi Bank məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır
Bu barədə Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək: “Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır”.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-10-2024, 11:41